Ə | Şamaxı Ensiklopediyası (original) (raw)

ƏBDÜLƏZİM SƏRKAR

(? – ?) – 17 əsr Azərbaycan memarı. Şamaxı rayonundakı Kələxana türbələrinin müəllifidir. Bu türbələrdən birində Әbdüləzim Sərkarın adı həkk edilmişdir. Sərkar (başçı) ləqəbi də kompleksin tikintisinə rəhbərlik etməsi ilə əlaqədardır.

Ətraflı oxu

ƏBDÜLLƏTİF ŞİRVANİ

(? – ?) – 16 əsr Azərbaycan xəttatı. Nəstəliq xəttinin mahir ustalarından olmuşdur. 1530-60 illərdə Şamaxıda, 1560 ildən sonra isə İstanbulda fəaliyyət göstərmişdir.

Ətraflı oxu

ƏBDÜRRƏHMANOV Ağacəfər Məşədi Cəfər oğlu

ebdurrehmanov_agacefer

(30.7.1896, Şamaxı – ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Şamaxı realnı məktəbini bitirmişdir (1917).

Ətraflı oxu

ƏBİLOV Nadir Qədir oğlu

ebilov-nadir

(1.10.1954, Kəlbəcər r-nunun İstisu q. – 2.1.1994, Ağdam r.) – Qarabağ müharibəsi şəhidi. İstisu qəsəbə orta məktəbini bitirmişdir (1971). Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1979 ildə ailə həyatı qurmuşdur.

Ətraflı oxu

ƏFƏNDİYEV Arif Mustafa oğlu

ARİF-ƏFƏNDİYEV(1.1.1943, Şamaxı) – Azərbaycan səhiyyə işçisi, pedaqoq. Tibb e. d. (1986), professordur (1989). Azərbaycan Respublikasının əməkdar müəllimi (2010). Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirmişdir.

Ətraflı oxu

ƏFƏNDİYEV Əhməd Abdul Kərim oğlu

ehmed_efendiyev

(6.3.1879, Şamaxı ş. – 2.8.1962, Bakı) – müəllim-pedaqoq, Azərbaycan SSR-in əməkdar müəllimi. İlk təhsilini molla məktəbində almış, burada ərəb, fars dillərini öyrənmişdir. Daha sonra təhsilini S.Ə Şirvaninin yeni üsullu məktəbində davam etdirmiş, fars və rus dillərinə mükəmməl yiyələnmişdir.

Ətraflı oxu

ƏFƏNDİYEV Fərhad Rəşid oğlu

Efendiyev_Ferhad(13.3.1951, Bakı ş.) – səhiyyə işçisi, tibb üzrə fəlsəfə doktoru (1993). Azərbaycan Tibb İnstitutunu bitirmişdir. 1974 – 1978 illlərdə Təcili Tibbi Yardım Stansiyasında, 1979-cu ildən indiki Milli Onkologiya Mərkəzində həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışır. Qarabağ müharibəsinin veteranıdır.

Ətraflı oxu

ƏFƏNDİYEV Fikrət Məmməd oğlu

fikret_efendiyev-web

(29.3.1943, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1988), professor (1989). Azərbaycan Dövlət Universitetinin fizika, P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin (Moskva) tibb fakültəsini bitirmişdir. Azərbaycan EA Fizika İnstitutunda, Fəlsəfə və Hüquq İnstitutunda müvafiq olaraq laborant, kiçik elmi işçi və baş elmiş işçi vəzifələrində çalışmışdır.

Ətraflı oxu

ƏFƏNDİYEV Fuad Ağaəfəndi oğlu

fuad_efendiyev

(21.2.1921, Şamaxı ş. – 22.1.2003) – Azərbaycan Respublikasının əməkdar həkimi (1960). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. Azərbaycan səhiyyə sistemində uzun illər vicdanla çalışmışdır.

Ətraflı oxu

ƏFƏNDİYEV Hidayət Ağəli oğlu

(1.8.1908, Şamaxı ş. – 29.4.1979, Bakı) – Azərbaycan ədəbiyyatşünası, tənqidçi, filologiya elmləri doktoru (1973). Bakı müəllimlər seminariyasını bitirmiş, Şamaxıda I və II dərəcəli məktəblərdə müəllimlik etmişdir.

Ətraflı oxu