AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (original) (raw)

Ayın Faktı

İyun, 2015

Norveç və Azərbaycan milli komandaları arasında görüş 0:0 hesabı ilə yekunlaşıb

Ayın Faktı

May, 2015

Vladiqafqazda Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunub

Ayın Faktı

Aprel, 2015

16 yaşadək oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin qalibi olublar.

Ayın Faktı

İyul, 2015

Xaçmazda "Live Your Goals" festivalı keçirilib

Ayın Faktı

Avqust, 2015

Azərbaycan milli komandası Türkmənistan yığması ilə oyunda qələbə qazanıb

Ayın Faktı

Sentyabr, 2015

U19 qızlar Avropa çempionatının ilkin seçmə mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanıb

Ayın Faktı

Oktyabr, 2015

Azərbaycan milli komandası İtaliya millisi ilə qarşılaşdı

Ayın Faktı

Noyabr, 2015

Azərbaycan milli komandası Moldova ilə görüşdə 2:1 hesabı ilə qalib gəldi

Ayın Faktı

Dekabr, 2015

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının play-off mərhələsinə vəsiqə qazanıb.

Ayın Faktı

Yanvar, 2016

Azərbaycan U-21 millisi "Antalya Cup" turnirinin qalibi oldu.

Ayın Faktı

Fevral, 2016

Futzal üzrə Azərbaycan milli komandası Avropa Çempionatında iştirak edib

Ayın Faktı

Mart, 2016

AFFA-nın Hesabat-Seçki konfransı keçirilib və Rövnəq Abdullayev növbəti 4 il üçün AFFA-nın prezidenti seçilib.

Ayın Faktı

Aprel, 2016

Futzal üzrə Azərbaycan yığma komandası Dünya çempionatına vəsiqə qazanıb.

Ayın Faktı

May, 2016

Azərbaycanda UEFA U-17 Avropa çempionatı keçirilib və Portuqaliya millisi turnirin qalibi olub.

Ayın Faktı

İyun, 2016

"Coca-Cola Məktəbli Kuboku" turnirinin 2014-2015-ci il mövsümünün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbin komandası Fransanın Lans və Lill şəhərlərində təşkil olunmuş Avropa məktəbli turnirində ("Euro Foot Jeunes") iştirak edib.

Ayın Faktı

İyul, 2016

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu FIFA referisi Əliyar Ağayev idarə edib.

Ayın Faktı

Avqust, 2016

Çimərlik futbolu üzrə Milli komandamız Avropa Liqasının A divizionuna vəsiqə qazanıb.

Ayın Faktı

Sentyabr, 2016

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının ¼ final mərhələsinə qədər irəliləyib

Ayın Faktı

Oktyabr, 2016

DÇ-2018-in seçmə mərhələsində Norveç yığmasına 1:0 hesabı ilə qalib gələn, səfərdə Çexiya komandası ilə 0:0 hesablı heç-heçəyə nail olan Azərbaycan millisi 3 turdan sonra 7 xalla 2-ci pillədə qərarlaşıb

Ayın Faktı

Noyabr, 2016

Göygöl şəhərində Göygöl Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib.

Ayın Faktı

Dekabr, 2016

Bakı Olimpiya Stadionunda “Coca-Cola Məktəbli Kuboku” turiniri ilə əlaqədar AFFA, Təhsil Nazirliyi və Coca-Cola arasında memorandumun yenilənməsi mərasimi keçirilib.

Ayın Faktı

Yanvar, 2017

1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edib.

Yığmamız 5:4 (ümumi nəticə: 6:5) hesabı ilə qalib gələrək turniri 9-cu pillədə başa vurub.

Ayın Faktı

Fevral, 2017

UEFA-nın aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək Konqresində İcraiyyə Komitəsinə seçilmək uğrunda 8 yer üçün 13 namizədin mübarizə aparacağı siyahıya AFFA-nın baş katibi Elxan Məmmədovun da adı daxildir.

Ayın Faktı

Mart, 2017

Martın 15-də Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının XXIV növbəti Hesabat Konfransı keçirilib.

Ayın Faktı

Aprel, 2017

Millimiz Avropa çempionatına vəsiqə qazanıb

Ayın Faktı

May, 2017

23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Ayın Faktı

Avqust, 2017

“Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır.

Ayın Faktı

Sentyabr, 2017

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2019-cu ildə UEFA Avropa Liqası turnirinin final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək

Ayın Faktı

Oktyabr, 2017

19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb. ​

Ayın Faktı

Noyabr, 2017

Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Ayın Faktı

Fevral, 2018

Bak ı – 9 fevral 2018 -ci il. “Coca-Cola” tərəfindən təşkil edilən FIFA Dünya Çempionatının Kubokunun dünya turu çərçivəsində Kubok bu gün ilk dəfə olaraq Azərbaycana gətirilib.

Ayın Faktı

Mart, 2018

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.

Ayın Faktı

May, 2018

Mayn 16-da Fransanın Lion şəhərindəki “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) komandaları arasında keçirilən UEFA Avropa Liqası turnirinin 2017/2018-ci il mövsümünün final oyunundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib. Simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.

Ayın Faktı

İyun, 2018

AFFA-nın təşkilatçılığı ilə iyunun 19-dan 21-dək Füzuli rayon Qayıdış və Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbələrində “Cəsur ürəklər” adlı festival keçirilib. Layihənin həyata keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Layihəyə əsasən, Füzuli rayon Qayıdış və Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbələrində 2 gün ərzində futbol festivalı, müxtəlif əyləncələr təşkil olunub. Festivalda Füzuli rayonunun müxtəlif kənd və qəsəbələrindən 15-i qız olmaqla 300-ə yaxın uşaq və yeniyetmə iştirak edib.
Layihə çərçivəsində Füzuli rayon Qayıdış və Cocuq Mərcanlı qəsəbələrinin sakinlərinə idman ləvazimatları təqdim edilib. Həmçinin, Cocuq Mərcanlıda AFFA tərəfindən süni örtüklü futbol meydançası inşa olunub. Yeni meydançada AFFA əməkdaşlarının, Qayıdış və Cocuq Mərcanlı qəsəbələrinin komandalarının iştirakı ilə yoldaşlıq oyunları keçirilib.
Qeyd edək ki, AFFA-nın dəstəyilə irəli sürülən “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə davamlı olaraq ilin sonunadək həyata keçiriləcək.

Ayın Faktı

İyul, 2018

AFFA-nın təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda idman mediasının nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. KİV təmsilçiləri və AFFA əməkdaşlarının iştirakı ilə 4 oyundan ibarət mini-turnir təşkil olunub. Sonda qalib komandaya mükafatlar təqdim edilib. Baş katib Elxan Məmmədov AFFA rəhbərliyi adından mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib.

Ayın Faktı

Dekabr, 2018

Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeyin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin üzvləri iştirak ediblər.

Ayın Faktı

Fevral, 2019

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

Ayın Faktı

Mart, 2019

Azərbaycan paytaxtında “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşması keçirilib
Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.

Ayın Faktı

May, 2019

Bu gün Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçirilib. İngiltərənin “Çelsi” komandası UEFA Avropa Liqası final oyununun qalibi olub.

Ayın Faktı

İyun, 2019

AFFA, Təhsil Nazirliyi və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final oyunu keçirilib.
Masallı Olimpiya Komplektində bu gün keçirilmiş final qarşılaşmasında Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbin və Ağdam rayon 18 saylı tam orta məktəbin komandaları qarşılaşıb. 5:0 hesabı ilə qalib gələn Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2018/2019-ci il mövsümünün qalibi olub. Qəbələ rayon 1 saylı tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin regional meneceri Elşad Fərzəliyev, Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov və futbol veteranı Zaur Ramazanov təqdim ediblər.
Qəbələ rayon 1 saylı tam orta məktəbin şagirdi Həsən Nəzərli turnirin ən yaxşı oyunçusu seçilib. Binəqədi rayon 126 saylı tam orta məktəbin komandasının üzvü Nurlan Qurbanov yarışın ən məhsuldar oyunçusu olub. Fair Play mükafatına isə Ağdam rayon 18 saylı məktəbin şagirdi Günel Əliyeva layiq görülüb.
Liqanı üçüncü pillədə başa vurmuş Qəbələ rayon 1 saylı tam orta məktəbin komandası, ikinci yeri tutmuş Ağdam rayon 18 saylı tam orta məktəbin komandası və turnirin qalibi Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbin komandası müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Çempion komandaya kuboku İsgəndər Cavadov və Zaur Ramazanov təqdim ediblər.
Qeyd edək ki, “Coca-Cola Məktəbli Kuboku” 8 ildir təşkil edilir.

Ayın Faktı

Sentyabr, 2019

Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisi bu gün Xorvatiya yığması ilə qarşılaşıb. “Bakcell Arena”da keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

Ayın Faktı

Noyabr, 2019

Avro-2020: Türkiyə, İsveçrə və Uels Bakıda oynayacaq
Bu gün Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb.
Ev sahibi olaraq Bakı və Roma UEFA tərəfindən cüt şəhərlər olaraq müəyyənləşdirildiyi üçün A qrupunda İtaliya milli komandası bütün ev oyunlarını “Olimpiko” stadionunda keçirəcək. Türkiyə milli komandasının İsveçrə və Uels komandaları ilə matçları, eləcə də İsveçrə – Uels görüşü Bakı Olimpiya Stadionunda təşkil ediləcək.
Bakıdakı qrup oyunları iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar UEFA İcraiyyə Komitəsinin 2012-ci ildə qəbul etdiyi qərara əsasən, turnir 2020-ci ildə qitənin 12 şəhərində gerçəkləşəcək. Çempionatın açılış oyunu iyunun 12-də İtaliyanın paytaxtı Roma şəhərində olacaq və Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. Yarımfinal oyunları və final qarşılaşması Londonun "Uembli" stadionunda keçiriləcək.
Püşkatma mərasimində çempionatın ev sahibi şəhərlərindən biri olan Bakını nümayəndə heyəti olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev təmsil edib.

Ayın Faktı

Yanvar, 2020

AFFA-nın XXVIII növbəti Konfransı keçirilib

Yanvarın 28-də “Bulvar otel”də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının XXVIII növbəti Konfransı keçirilib.
İcraiyyə Komitəsi üzvlüyünə 12 yerə 12 namizəd irəli sürülüb. Nizamnaməyə uyğun olaraq, İcraiyyə Komitəsinə də seçki açıq səsvermə yolu ilə keçirilib və adları aşağıda göstərilmiş şəxslər AFFA İcraiyyə Komitəsinin üzvü seçilib:

1. İsgəndər Cavadov
2. Kazbek Tuayev
3. Elxan Məmmədov
4. Zaur Axundov
5. Rauf Əliyev
6. Vaqif Sadıqov
7. Elşad Nəsirov
8. Fərid Mansurov
9. Firudin Qurbanov
10. Mahir Məmmədov
11. Elmar Məmmədyarov
12. Könül Mehtiyeva

Seçki başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev növbəti dəfə ona etimad göstərdikləri üçün Konfrans iştirakçılarına təşəkkürünü bildirib və İcraiyyə Komitəsinin üzvlərini təbrik edib.

Ayın Faktı

Fevral, 2020

Elxan Məmmədov Rayan Giqqzlə görüşüb
Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir.
Baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Guiyn Hughes, Təhlükəsizlik departamentinin rəisi Grant Ashton Briggs və kit menecer David Tudor Griffithsin daxil olduğu nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb. Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılaşmaların yüksək səviyyədə təşkli olunacağına əminlik ifadə olunub.
Xatırladaq ki, Elxan Məmmədov bir müddət əvvəl Bakıda səfərdə olmuş Türkiyə millisinin baş məşqçisi Şenol Güneşlə də görüşmüşdü.

Ayın Faktı

İyul, 2020

Canni De Byazi ilə müqavilə imzalanıb

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib və iyulun 30-da müqavilə imzalanıb.
Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Ayın Faktı

Sentyabr, 2020

UEFA Millətlər Liqası turnirinin qrup mərhələsində Azərbaycan milli komandası sentyabrın 9-da Nikosiyadakı GSP stadionunda Kipr yığmasına 1:0 hesabı ilə qalib gəlib.

Ayın Faktı

Oktyabr, 2020

Varşavadakı “Wojska Polskiego” stadionunda Polşanın “Legiya” klubunu 3:0 hesabı ilə məğlub edən “Qarabağ” UEFA Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.

Ayın Faktı

Dekabr, 2020

Millimizin rəqibləri müəyyənləşib
2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmaları ilə birgə A qrupunda mübarizə aparacaq.

Ayın Faktı

Yanvar, 2021

“Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi keçirilib
“Turan Tovuz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılış mərasimi keçirilib.

Ayın Faktı

İyun, 2021

The first Euro 2020 game in Baku

Today Baku Olympic Stadium hosts the Wales and Switzerland match within the Group A of Euro 2020. The referees of the game to start at 17:00:

Referee: Clement Turpin (France)
Assistant referees: Nicolas Danos, Cyril Gringore (both - France)
Video assistant referee (VAR): Francois Letexier (France)
VAR assistants: Jerome Brisard, Benjamin Pages (both - France), Pawel Gil (Poland)
Fourth official: Srdjan Jovanovic (Serbia)

Ayın Faktı

İyul, 2021

Elxan Məmmədov assosiasiya prezidentləri ilə görüşüb
İyulun 3-də Avro-2020-nin 1/4 final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milli komandaları qarşılaşıb.
Oyundan əvvəl Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Çexiya Futbol Assosiasiyasının prezidenti Peter Fousek və Danimarka Futbol Assosiasiyasının prezidenti Jesper Mollerlə görüşüb, hər iki komandaya uğurlar arzulayıb.
Qeyd edək ki, Çexiya – Danimarka qarşılaşması 2:1 hesabı ilə nominal qonaqların xeyrinə başa çatıb.

Ayın Faktı

Noyabr, 2021

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitness zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.
Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.

Ayın Faktı

Dekabr, 2022

AFFA-nın təsis olunmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bu gün “Dalğa Arena”da yoldaşlıq oyunu təşkil olunub.