Ana səhifə (original) (raw)
Vikipediya, azad ensiklopediya
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Həftənin seçilmiş məqaləsi
Qış sarayı — Sankt-Peterburq, Rusiyada yerləşən və 1732–1917-ci illərdə Rusiya monarxlarının rəsmi iqamətgahı olan məşhur saray kompleksidir. I Pyotrun Qış sarayının yerində 1730–1837-ci illərdə inşa edilmiş və Saray sahili və Saray meydanı arasında yerləşən kompleksin əsas binası yanğından zədələnmiş və bərpa edilmişdir. 1917-ci ildə sarayda baş vermiş üsyan Sovet rəssamlığında, Sergey Eyzenşteynin 1927-ci ildə ekranlaşdırdığı və Rusiya inqilabının simvollarından biri sayılan "Oktyabr" filmində canlandırılmışdır. Saray Rusiya imperiyasının gücünü və qüdrətini nümayiş etdirən monumental memarlıq abidəsi kimi inşa edilmişdir. Bu saraydan Rusiya çarları 1721-ci ildə I Pyotr imperator titulunu qəbul etsə də, tədqiqatçılar Rusiya hökmdarları üçün imperator sözü ilə yanaşı çar sözü və həmin sözlərin qadın formalarını işlədirlər.
Həftənin yaxşı məqaləsi
Həftənin seçilmiş siyahısı
Günün seçilmiş şəkli
Xəbərlər
IV Ağa Xan 2015-ci ildə
- Nizari İsmailiyyə məzhəbinin 49-cu imamı IV Ağa Xan (şəkildə) 88 yaşında vəfat edib.
- Əhməd əş-Şaraa Suriya keçid hökumətinin prezidenti seçilib.
- ABŞ Hava Yollarının 5342 saylı reysinin Potomak çayı üzərində helikopterlə toqquşması nəticəsində hər iki uçuş vasitəsindəki ümumilikdə 67 nəfər həlak olub.
- Türkiyənin Bolu ilinin Qartalqaya dağ-xizək mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində ən azı 78 nəfər ölüb, 51 nəfər yaralanıb.
Aktual hadisələr: Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Bilirsinizmi?
Şiqa Safari Muzeyi
- Yaponiyada yerləşən və taksidermiyaya həsr olunmuş Şiqa Safari Muzeyində (şəkildə) sərgilənən bütün heyvanlar tək bir ovçu tərəfindən ovlanıb.
- Hər il baş tutan Vilya de Leqanes Kubokunun qaliblərinə "Qızıl xiyar" mükafatı, ikinci yeri tutanlara isə "Gümüş xiyar" mükafatı təqdim olunur.
- Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyskinin qızı Tamara xanım Xoyskaya Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin sədri Mirzə Davud Hüseynovla evlənmiş və Azərbaycan SSR-in ilk birinci xanımı olmuşdur.
- Dreyf edən buzlaqlara həsr olunmuş Oxot Ryu-hyo Muzeyinin kafesində Oxot dənizinin duzu ilə dadlandırılmış xüsusi dondurma çeşidi servis olunur.
- Jan-Jak Russonun atasının əmisioğlu Səfəvi hökmdarı Şah Sultan Hüseynin saatsazı olmuşdur.
Tarixdə bu gün
Vasko da Qama
- 1502 — Vasko da Qama Hindistana ikinci səyahətini Lissabondan başladı.
- 1541 — Pedro de Valdivia tərəfindən Çilinin paytaxtı Santyaqo şəhərinin əsası qoyuldu.
- 1771 — III Qustav İsveç kralı oldu.
- 1832 — Ekvador Qalapaqos adalarını özünə birləşdirdi.
- 1865 — Dmitri Mendeleyev özünün "Spirtin su ilə birləşməsi" adlı dissertasiyasını müdafiə etdi. Bir çoxları bu günü rus arağının yaranma tarixi hesab edir.
- 1934 — Avstriyada vətəndaş müharibəsi başladı.
Digər günlər: 11 fevral – 12 fevral – 13 fevral
Kömək səhifələri