bir Vikimedia layihəsinin əsas səhifəsi (Vikipediya, Viki və digər layihələr üçün ümumi) (original) (raw)
Vikipediya, azad ensiklopediya
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Həftənin seçilmiş məqaləsi
Nikola Tesla — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan Serbiya əsilli ABŞ futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı. Tesla 1884-cü ildə ABŞ-nin Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb. Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksəkgərginlikli və yüksəktezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etmişdir.
Həftənin yaxşı məqaləsi
Həftənin seçilmiş siyahısı
Türkiyənin qadın nazirlərinin siyahısı — İlk dəfə 26 mart 1971-ci ildə qurulan 33-cü Türkiyə hökuməti başçısı Nihad Erim Türkan Akyolu hökumətə Səhiyyə və Sosial Yardım naziri kimi təyin edir. Akyol nazir olduğu gündən indiyədək Türkiyə hökuməti kabinetində 43 dəfə 28 fərqli qadın yer alıb. Ən çox qadın təyin olunan nazirlik 15 təyinatla Dövlət Nazirliyi olduğu halda, 2011-ci ildə Dövlət Nazirliyinin ləğvi ilə Səlma Aliyə Kavaf sonuncu qadın dövlət naziri olub. Dövlət Nazirliyini 10 təyinatla müxtəlif adlar altında fəaliyyət göstərən Ailə və Sosial Xidmətlər Nazirliyi əvəz edib. Kabinetdəki ilk iki qadın nazir parlamentdən kənar seçildiyi halda, Aysel Çelikəl, Beril Dedeoğlu, Ayşən Gürcan, Zəhra Zümrüd Səlçuq, Ruhsar Pekcan və Dərya Yanıq istisna olmaqla qalan qadın nazirlərin hamısı parlament daxilindən seçilib. Ən çox qadın naziri olan hökumət 4 qadın nazirlə 54-cü hökumət olub. Bu hökumətdə Tansu Çillər həm baş nazir, həm də xarici işlər naziri, Meral Akşenər daxili işlər naziri, Ayfər Yılmaz və İşılay Sayqın isə dövlət naziri vəzifələrində olublar.
Günün seçilmiş şəkli
Xəbərlər
Bilirsinizmi…
Göldə su altında qalmış skamya
- ... ki, buzlaq suları ilə qidalanan Grüner-Ze gölünün (şəkildə) yaxınlığındakı park hər yay su altında qalır?
- ... ki, Firdovsinin yazılarında İran ilə müharibə aparan Turan adətən Aniran, yəni qeyri-iranlı adlanırdı?
- ... ki, "The Sims" oyun seriyasında istifadə olunan simliş dili İkinci Dünya müharibəsində amerikalılar tərəfindən istifadə edilən kodlaşdırılmış dildən ilham alınaraq tətbiq olunub?
- ... ki, Menəmən hadisəsi əsnasında həlak olan Mustafa Fəhmi Xubilay Xubilay xana olan heyranlığı səbəbilə bu adı alıb?
- ... ki, Rusiya imperiyası I Dövlət Dumasının deputatı olmuş Azərbaycan dövlət xadimi İsmayıl xan Ziyadxanov Gəncə xanı Cavad xanın nəticəsi, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin isə nəvəsi idi?
Tarixdə bu gün
Bakıda Dövlət Bayrağı Meydanı
- 1930 — Avstriyada keçirilən parlament seçkilərində sosialistlər qalib gəlmiş, nasistlər və kommunistlər parlamentə düşə bilməmişlər.
- 1937 — Yaponiya Şanxayı işğal etmişdir.
- 1938 — Berlində faşitlər tərəfindən 7 min yəhudi dükanı dağıdılmış, yüzlərlə sinaqoq yandırılmış, çox sayda yəhudi qətlə yetirilmişdir.
- 1982 — Kənan Evrən Türkiyə prezidenti seçilmişdir.
- 1989 — Almaniya Federativ Respublikası hökuməti Almaniya Demokratik Respublikası ilə arasındakı gediş-gəlişlə bağlı qadağaları aradan götürdüyünü bəyan edəndən sonra minlərlə alman Berlin divarını aşaraq AFR-ə keçmişdır.
- 1990 — Meri Robinson İrlandiyanın ilk qadın prezidenti olmuşdur.
- 1991 — Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə tanımışdır.
- 1994 — Alman fizikləri yeni kimyəvi element sintez edərək yaşadıqları şəhərin şərəfinə onu "darmştadium" adlandırmışlar.
- 2003 — "Əl-Qaidə"nin Səudiyyə Ərəbistanında kral sarayına terror hücumu nəticəsində 20-yə yaxın insan həlak olmuşdur.
Digər günlər: 8 noyabr – 9 noyabr – 10 noyabr
Kömək səhifələri