Alfred Vegener (original) (raw)

Vikipediya, azad ensiklopediya

Alfred Vegener
Doğum adı Alfred Lothar Wegener
Doğum tarixi 1 noyabr 1880
Doğum yeri Berlin, Almaniya İmperiyası
Vəfat tarixi noyabr 1930
Vəfat yeri Clarinetania, Qrenlandiya
Elm sahəsi geologiya
İş yerləri Tartu Universiteti,Marburq Universiteti,Qrats Universiteti
Təhsili Humboldt adına Berlin Universiteti[1]
Üzvlüyü Avstriya Elmlər Akademiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfred Lothar Vegener (1 noyabr 1880 Berlin, 1930 noyabr Qrenlandiya) — alman geoloq və meteoroloqu.Astronomiya, meteorologiya, geologiya sahələrində çalışmışdır. Materiklərin dreyfi nəzəriyyəsini irəli sürmüşdür. Vegener bu mövzu haqda ilk fikirlərini 1912-ci ildə söyləmişdir. "Qitə və okeanların mənşəyi" əsərini 1915-ci ildə çap etdirmişdir. Vegener bu əsərində bütün qitələrin əvvəllər Pangeya adı altında birləşdiyini, sonradan parçalanıb dağılaraq hazırkı yerini tutduğunu yazmışdır.

Berlində doğulan Vegener 1904-cü ildə astronomiya sahəsində doktorluq dərəcəsi aldı. Bundan başqa geologiya, meteorologiya, klimatologiya sahələrilə maraqlandı. Hava səyahətlərini izləyə bilmək üçün hava şarlarının istifadəsinə rəhbərlik etdi. 1930-cu ildə Qrenlandiyaya tədqiqat məqsədi ilə getdiyi səyahət vaxtı öldü.

  1. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.

Kateqoriyalar: