bina — Vikilüğət (original) (raw)
| İsim | Tək | Cəm |
| Adlıq halı | bina | binalar |
| Yiyəlik halı | binanın | binaların |
| Yönlük halı | binaya | binalara |
| Təsirlik halı | binanı | binaları |
| Yerlik halı | binada | binalarda |
| Çıxışlıq halı | binadan | binalardan |
Mənalar :[1]https://web.archive.org/web/20131010094234/http://azerdict.com/izahli-luget/bina
- ↑
- Tikili, mülk, ev. Gözəl və yüksək bina. Məktəb binası. Daş bina. Yeni teatr binası. – [Mədəd] vağzalın böyük binasından keçib, relslərin üstündən adlayaraq, depoya tərəf getdi. M.İbrahimov. Ferma müdiri .. məni binaya apardı. İ.Əfəndiyev. Oynamaq üçün teatr binası yox idi. S.Rəhman. // Məc. mənada. Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun
- dan. Bünövrə, özül, təməl, əsas. Evin binası. Dəmir-beton bina. Anbarın binası daşdandır. // Məc. mənada. Azərbaycan(lıların) danışdığı dilin şivəsi çox isə də, binası və kökü birdir. F.Köçərli. _ Bina edilmək – bax bina olunmaq. Bina etmək –
- təsis etmək, əsasını qoymaq. ..Bu qəzetənin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun .. yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. C.Məmmədquluzadə;
- məc. düzəltmək, təşkil etmək, qurmaq. Oldu siçanlarda əyan macəra; Eylədilər təziyə bəzmin bina. S.Ə.Şirvani. Bina ol(un)maq – tikilmək, qurulmaq, təsis edilmək, əsası qoyulmaq. Bu əski imarətin tarixini bilirsinizmi? Kim tərəfdən bina olmuş? S.S.Axundov. [İsgəndərzadə:] Bu kənd bina olandan məktəb görməyibdir. Ə.Haqverdiyev; // Məc. mənada. Bu qəzet kim, olub cahanda bina; Bunu kim ixtira edib, aya? S.Ə.Şirvani.
Dünya xalqlarının dillərində
[redaktə]
Tərcümələr :
{{fullurl:Şablon:{{{3}}}|action=edit}}
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
Tərcümələr :
{{fullurl:Şablon:{{{3}}}|action=edit}}
| İsim | Tək | Cəm |
|---|---|---|
| Adlıq halı | bina | binalar |
| Təsirlik halı | binayı | binaları |
| Yönlük halı | binaya | binalara |
| Yerlik halı | binada | binalarda |
| Çıxışlıq halı | binadan | binalardan |
| Yiyəlik halı | binanın | binaların |