daimi — Vikilüğət (original) (raw)
- Uzunmüddətli, uzun müddət üçün olan, müvəqqəti olmayan, sürəkli. Qatarların daimi cədvəli. Daimi iş. Daimi körpü. – Mədəniyyət uğrunda çalışmaq birgünlük, biraylıq kampaniya deyil, daimi işdir. Ə.Sadıq. // Əbədi, ölməz, həmişəlik, yoxolmaz, məhvolmaz. Daimi deyilik nə siz, nə də mən; Bizdən bu dünyada hünər qalacaq. S.Vurğun.
- Həmişəlik, əbədi, sabit, möhkəm, dəyişməz. Xalqlar arasında daimi sülh və əmniyyət.
- Ardıcıl, arası kəsilməyən, arasıkəsilməz, həmişə davam edən və ya etdirilən. Daimi məşq. _ Daimi cərəyan elektr. – həmişə eyni istiqamətdə nəql olunan cərəyan. Daimi kapital iqt. – kapitalın istehsal vasitələrinə (xammal, köməkçi materiallar, əmək vasitələri) çevrilən və istehsal prosesində dəyəri dəyişməz (sabit) qalan hissəsi. Daimi kəmiyyət riyaz. – dəyişən kəmiyyətdən fərqli olaraq, ancaq bir qiyməti olan kəmiyyət. Daimi ordu (qoşun) – sülh dövründə saxlanılan ordu (qoşun).
Dünya xalqlarının dillərində
[redaktə]
Tərcümələr :
{{fullurl:Şablon:{{{3}}}|action=edit}}
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
Tərcümələr :
{{fullurl:Şablon:{{{3}}}|action=edit}}