qıvraq — Vikilüğət (original) (raw)

Azərbaycan dili

[redaktə]

Sifət

[redaktə]

azərbaycanca: qıvraq

Mənalar :

  1. Hərəkətində, davranışında çox cəld olan; diribaş, zirək, çevik.

Qəhrəman yüzbaşı: Ədə, cəld tərpəşin!… Əziz, atı döy, sənin atın qıvraqdır… C.Məmmədquluzadə.

Adamlar aralanıb Tükəzbana yol verdilər. Tükəzban qıvraq (z.) atdan düşüb, şuraya daxil oldu. B.Talıblı.