yurd — Vikilüğət (original) (raw)
- İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən. Ey kiçik dəmirçi, duyduğun haqdır; Çalış, yurdun üçün özünü göstər. Ə.Cavad. Həyətimdə safalı bir bağ salacağam mən; Yurdumda bir misilsiz bağban olacağam mən. M.Müşfiq. Hər məktubun öz dili var; Təravəti, istisi var; Çox məktubun sözlərində; Doğma yurdun tüstüsü var. R.Rza. Onlar yeni bir ilham və inam ilə xaraba qalmış yurdlarını abad etməyə başladılar. Ə.Məmmədxanlı.
- Yaşayış yeri, ev, ev-eşik, məskən. Yurdundan olmaq (ev-eşiyindən, yaşadığı yerindən məhrum olmaq, avara düşmək). _Yurd salmaq – oturmaq, sakin olmaq. Deyirdilər ki, qədimdə [bu kəndə] daş qoyub yurd salan adamın gözəl bir qızı varmış. İ.Hüseynov. // Yaşayış məntəqəsi; kənd, el, oba. Biz düşən yurdun adı Qızılboğaz idi. İ.Əfəndiyev.
- Körpə evi, uşaq bağçası mənasında. Səyyahlar fabriki gəzdilər. Burada körpə çocuqlar üçün yurdlar, dispanserlər, sənət məktəbləri .. gördülər. Çəmənzəminli.
- məc. Bir şeyin çox olduğu yer. Qəhrəmanlar yurdu. ◊ Yurdda qalan məc. – hamıdan geri qalan. [Badam xala:] Yurdda qalan elə səninlə mən imişəm. Kursda arvad nə qədər... Mir Cəlal.
Dünya xalqlarının dillərində
[redaktə]
Tərcümələr :
{{fullurl:Şablon:{{{3}}}|action=edit}}
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
Tərcümələr :
{{fullurl:Şablon:{{{3}}}|action=edit}}