Fransızsayağı həyasızlıq, islamofob düşüncə və 500 fransız uşağı ölümdən qurtaran azərbaycanlı - ŞƏRH (original) (raw)

Fransızsayağı həyasızlıq, islamofob düşüncə və 500 fransız uşağı ölümdən qurtaran azərbaycanlı - ŞƏRH

Çoxqütblü dünyada baş verən proseslər təəssüf ki, siyasi mənafelərin ciddi toqquşması ilə müşayiət olunur. Bu gün deyə bilərik ki, Avropa İttifaqının öz daxilində də müəyyən ciddi məsələlərdə “Hər başdan” ayrı-ayrı səslər eşidilir. Ukrayna-Rusiya müharibəsinin başlaması ilə Putunin enerji məsələlərində Qərbi hədələməsi və davamında konkret addımların atılması Avropa məkanının yeni tərəfdaşlar və əməkdaşlar axtarışına təkan verib. Dəyişən dünyanın iqtisadi-siyasi arixitekturası fonunda Avropanın Türkiyə və Qafqaz maraqları ilə daban-dabana zidd siyasət aparmağa cəh göstərən Fransa, daxilindəki erməni lobbisinin təyziqləri ilə gələcəkdə Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayacaq bir ölkəyə-Azərbaycana qarşı məkrli siyasət yürütməyi davam etdirir. Vaxtsız banlayan bu Avropa “xoruz”larını susdurmağın ən rasional yolu isə heç şübhəsiz ki, onların üzünə güzgü tutmaqdır.

Dünyada türk və islam dəyərlərinə qarşı baş verən bütün hadisələrə “Fransız qalan” Paris indi Türk dünyasının artan nüfuzundan titrəməyə başlayıb. İttifaqdaşlarının “Şimal soyuğu”ndan titrəmək təhlükəsini heçə sayan Makronun Rusiya və Avropa arasında körpü rolunu oynayan Türkiyəyə və Avropanın enerji ehtiyaclarını təmin edəcək Azərbaycana qarşı münasibəti dolayısı ilə olsa da, elə öz müttəfiqlərinə qarşı münasibəti kimi dəyərləndirilməlidir.

İndi də Fransa Senatı "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi"ni eləcə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsini tələb edən qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib. Azərbaycanın Qarabağ ərazisinin işğalda olduğu 30 ilə yaxın bir müddətdə beynəlxalq hüquqla tanınan Azərbaycan ərazilərinin, suverenliyinin və ərazi bütövlüyünün pozulmasına göz yuman Fransa konfliktin həllinə dair yaradılmış “Minsk qrupu”nda təmsil olunmasına baxmayaraq vasitəçilik mandatıyla səsləşməyən dırnaqarası tərəfsizliyini bu gün də nümayiş etdirməkdə davam edir.

Fransa nəyinki dünyada qəbul edilmiş siyasi və diplomatik ritorikadan uzaqdır, həm də mənəvi və dini dəyərlərə hörmət etməkdə də acizdir.

İslama qarşı nifrəti ilə tanınan Fransada hələ bir neçə il bundan əvvəl Peyğəmbərin karikaturalarının hazırlanmasını dəstəkləməsi rəsmi Parisin islamofob düşüncəsini açıq şəkilə ortaya çıxarır. Deməli, Fransada islamofobiya dövlət siyasətinin tərkib hissəsidir.

Beynəlxalq hüquq və prinsiplərinin müdafiəçisi kimi özünü təqdim etmək istəyən Fransa tərəf çıxdığı, imzaladığı beynəlxalq sənədlərə və qanunlara da sadiqlik nümayiş etdirmir. Makron Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında 1993-cü ildə imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqaviləni görməzdən gələrək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etməkdən boyun qaçırır.

Müstəmləçilik maraqlarını diktə etməyə çalışan Fransa adının terrorla eyni səsləşməsi və bu faktın tarixi həqiqətlərlə sübutu onu göstərir ki, bu gün Fransanın geyinmək istədiyi haqq-ədalət və sülh şineli rəsmi Parisin əynində heç də şux görünməyəcək.

Terroru öz maraqlarına uyğunlaşdırıb, siyasi kursuna çevirən Fransanın bu “qoçaqlığı” bu günün işi deyil. Belə ki, 1983-cü ilin iyulun 15-də Parisin Orli hava limanının Türk Hava Yollarına aid kassasında törədilən terror aktı və Türkiyənin Parisdəki Səfirliyinə hücum təşkil edən ASALA terror təşkilatının üzvləri Monte Melkonyan və Varujan Karapetyanın sonradan Fransanın təssübkeşliyi ilə azadlığa buraxılması və s. rəsmi Parisin terrora və terrorçulara gerçək münasibətinin göstəricisi hesab olunmalıdır.

Əli müsəlman və türk qanına batmış ASALA terror təşkilatını maliyyələşdirən və himayə edən, 1960–1966-cı illərdə Əlcəzairin Reqqan və İn Ekker adlı ərazilərində 17 nüvə sınağı gerçəkləşdirən, işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran, Əlcəzairin 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insanı qətlə yetirən fransızlar indi bizə haqq, hüquq, hümanizm prinsiplərindən dərs keçməyə çalışır.

Fransa Senatı insan haqlarından, hüquq və azadlıqlarından danışanda gərək “sarı jiletlilər” hərəkatının 15-ə yaxın üzvünün öldürülməsi, 4 mindən artıq nümayişçinin xəsarət alması, 3 mindən çox nümayişçinin cəzalandırılması, hətta hərəkatın rəhbərlərindən biri olan Erik Druenin başqa bəhanə ilə həbs edilməsi, eləcə də repressiya və cinayət əməllərinin normal və ədalətli araşdırılmaması faktını da nəzərə alardı.

30 ilə yaxın bir müddətdə ən böyük problemimiz - Qarabağ məsələsinin həllini etibar etdiyimiz bir ölkədən anti-Azərbaycan mövqeyi görmək düşündürücü deyil. Düşündürücü və təəssüf doğuran odur ki, Azərbaycan-Ermənstan dillemasında ikinci tərəfi müdafiə edən Fransa Qafqazın bügünkü havasından xəbərsizdir və o boyda ölkə Emanuella, pardon, Emanuel Makronun isterik halından asılı vəziyyətdədir. Nə deyəsən, heç olmasa "Armed Mişel" və "Хаrqo" kimi adlar altında Fransanın azadlığı uğrunda mübarizə aparmış Azərbaycanlı kişinin ruhundan utansınlar. Bəli, Əhmədiyyə Cəbrayılovu nəzərdə tuturuq. 500 fransız uşağını ölümün pəncəsindən almış qəhrəman azərbaycanlını...

Aqil Musa
Missiya.Az