Musiqi.AZ (original) (raw)

Müəlliflərin hüquqları "Digital Services" MMM və "Musiqi Əsər Müəlliflərinin Əmlak Hüquqlarının İdarəciliyi" İctimai Birliyi arasinda bağlanmş lisenziya müqaviləsi ilə qorunmuşdur.
Vagif Mustafa-zadə 1940-cı il martın 16-da Bakıda doğulub. İlk dəfə fortepiano arxasına üç yaşında əyləşib. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu bitirib. 1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1965-ci ildə hər şeyi atıb və Tbilisidə"Orero" ansamblına musiqi rəhbərliyi etməyə başlayıb. Və Gürcüstan Dövlət Filarmoniyasında "Qafqaz" caz-triosunu yaradıb. 1970-ci ildə �Leyli" ilk qadın vokal kvartetini, 1971-ci ildə Azteleradio-nun bazası əsasında "Sevil" vokal - instrumental ansamblını formalaşdırıb. 1971-1977-ci illərdə həmin ansambla, 1977-1979-cu illərdə sonradan yaratdığı "Muğam" instrumental ansamblına rəhbərlik edib. "Tallin - 66" ümumittifaq caz və "Caz-69" Azərbaycan festivalının laureatı olub. 1969-cu ildə Rauf Hacıyev onu Azərbaycan Dövlət Estrada Orkestrinə işə dəvət edib. 1977-ci ildə Donetskdə Ümumittifaq Caz Festivalının laureatı seçilib. "Tbilisi-78" caz festivalında ən yaxşı pianoçu adı qazanıb. 1978-ci ildə Bəstəkarlarının Monakoda 8 - ci beynəlxalq caz müsabiqəsində birinci mükafata layiq görülüb və ağ royalla mükafatlandırılıb. 1979-cu ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə (ölümündən sonra) Azərbaycan Dövlət mükafatı laureatı adını alıb. 1979-cu il dekabrın 16-da - Daşkənddə konsert proqramından sonra ikinci infarktdan vəfat edib.Bazadakı albomlarının sayı: 1Bazadakı kompozisiyalarının sayı: 11