VAHİD MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA PORTALI (original) (raw)

Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948-1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur. Zağalı, Zivlən, Bayan, Qurubulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir. Daşkəsən rayonunda 1 şəhər, 6 şəhər tipli qəsəbə və 42 kənd var. İnzibati mərkəzi Daşkəsən şəhəridir.

Coğrafi mövqeyi

Daşkəsən rayonu Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. Rayon cənub-qərbdən 8 kilometr məsafə ilə Ermənistan Respublikası ilə (8 km), eləcə də Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy (41 km) və Göygöl (56,3 km) rayonları ilə həmsərhəddir. Ümumi sahəsi 1047 km²-dir. Daşkəsən rayonu ilə Bakı şəhəri arasında olan məsafə 406 km-dir.

Relyefi

Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsənin səthini şimala doğru alçalan dağlar əhatələyir. Murovdağ və Şahdağ silsilələrinin yamacları da bu rayonun ərazisidir. Ən hündür zirvələri Hinaldağ (3367 m.), Qoşqar dağı (3361 m.) və sairdir. Başkənd-Dəstəfur çökəkliyinin bir hissəsi Daşkəsən rayonu ərazisindədir. Səthi kanyonlarla kəsilmişdir. Yura və təbaşir çöküntüləri yayılmışdır.

İqlimi

Daşkəsəndə temperatur qış aylarında -5 C-dən -20 C-dək, yay aylarında isə +20 C-dən +35 C-dək olur. Rayonda havanın orta illik temperaturu 0-100-dir. Yanvarın orta aylıq temperaturu -2-140-i, iyulun orta aylıq temperaturu +5-200 arasında dəyişir. Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu +20-310-dək yüksəlir, mütləq minimum temperatur 20-300 aşağı düşür. İl ərzində havanın orta mütləq minimum temperaturu orta dağlıqda +150 ilə +70 arasında dəyişir. Torpaq səthinin orta illik temperaturu +80-i, yanvar ayının orta temperaturu -50-i, iyulun orta aylıq temperaturu isə 210 olur. Havanın orta illik nisbi rütubəti 75 faiz olub il ərzində 67-82 faiz arasında dəyişir. Ərazidə yağıntının illik miqdarı 600-900 mm-dir. Yağıntının çox miqdarı yaz fəslinə düşür. Torpağın səth örtüyündən il ərzində 300-800 mm mümkün buxarlanma gedir.

Faydalı qazıntıları

Daşkəsən rayonu təbii sərvətlərlə olduqca zəngindir. Sovet İttifaqı dövründə Daşkəsəndə strateji əhəmiyyəti olan dəmir filizi, alüminium, kobalt, mərmər və s. çıxarılmışdır. Rayonun ərazisindəki dağlarda indi də qızıl, mis, kobalt, zəy, alüminium, dəmir filizi, əhəng daşı və mərmər kimi çox qiymətli təbii ehtiyatlar var. Daşkəsəndəki dəmir filizi yataqlarının mövcudluğu hələ eramızdan evvəl 1-ci əsrdə burada yaşayan insanlara məlum idi. Lakin burada filizin sənaye yolu ilə hasilatına 1954-cü ildən başlanılıb. Filizdə dəmirin nisbəti 36,5%-dir. Bəzi yerlərdə filizin tərkibində həmçinin 20%-ə qədər kükürd də var. Dəmir filizin yatağındakı mədəndə çıxarılan filizin daşınması üçün uzunluğu 4 km olan kanat yolu da tikilib. Sovet dövründə buradan çıxarılan filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna xammal kimi daşınırdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra Gəncədə iri metallurgiya zavodu tikildi. Hal-hazırda Daşkəsəndə çıxarılan filiz Azərbaycanın öz ehtiyaclarının ödənilməsinə sərf olunur.

Maddi-mədəni irsi

Rayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu ərazisi, Qaraqullar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecazkar dəmiryol körpüləri və keçidləri, Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində tağvari körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli Kurqanlar və daş qəbirstanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbristanlıqları, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış qədimi körpü, 700 m² ərazini əhatə edən Alban məbədi və s. tarixi və təbii abidələr bu gün də rayonun bölgələrində hörmətlə, ehtiramla, heyrətlə qarşılanır. "Xoşbulaq yaylağı" tunc dövrünə aid olan "Daştəpə" qalaçası, "Çoban daşı", "Molla Abdulla bulağı" qalaçası,dəmir dövrünə aid olan "Nağara dağı" ilə məşhurdur, tarixçilərimizin diqqət mərkəzindədir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir. Əmirvar kəndində "Yastı qaya" adlanan mənzərəli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. "Ləzgi qayası", "Qara inək" mağarası, "Yal yurdu" qalaçası, "Göyçəlilər yurdu" qalaçası, "Dərdər" qalaçası rayonda məşhurdur. Qabaqtəpə zonası da turizm üçün çox əhəmiyyətlidir. Belə ki, burada 800 m² ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı kimi mənzərəli guşəsi, təmiz havası, saf suları ilə məşhur olan bu ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır. Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur.