Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955−1970). Tarixi-sosioloji araşdırma. (original) (raw)
XX əsrin ikinci yarısında Azərbaycanın şəhər, qəsəbə və kəndlərinin qazlaşdırılması üzrə geniş miqyaslı işlər aparılmış, qaz infrastrukturu, təsərrüfatı və sənayesi yaradılmışdır. O za-man Respublika təbii və maye qazla təmin edilən ən çox qazlaşdırılmış bölgələrdən birinə çev-rilmişdir. Bunun nəticəsində insanların məişəti rahatlaşmış; ictimai həyat, eləcə də insanların yaşayışı və dünyagörüşü dəyişmiş, enerji təchizatı problemləri çözülmüş, ekoloji problemlərin böyük bir hissəsi həll edilmişdir. Müstəqillik dövrünün qaz infrastrukturunun və idarəçiliyin əsasları məhz o dövrdə qoyulmuşdur. Təqdim olunan monoqrafiyada 1955−1970-ci illərdə Azərbaycanda qaz təsərrüfatının təsis edilməsi və inkişafının tarixi, sosioloji, iqtisadi, siyasi və texniki aspektləri araşdırılmışdır. Respublikanın şəhər və kəndlərinin qazlaşdırılmasının əsas mərhələləri, habelə qaz infrastruk-turunun idarə olunması və tikintisi ilə bağlı təşkilati məsələlərə baxılmışdır. Bundan əlavə, qaz təsərrüfatının istismarı ilə əlaqəli problemlərə də (qazın sərfi və səmərəli istifadəsi, isteh-lak olunmuş qazın dəyərinin ödənilməsi, təhlükəsizlik məsələləri və qəza halları, texniki qay-daların və qanunların pozulması) xüsusi yer verilmişdir. Azərbaycanın qaz təsərrüfatının ilk vahid idarəetmə orqanı olan Baş Qaz İdarəsinin strukturu, fəaliyyəti, kadr siyasəti və, əmək münasibətlərindən, eləcə də orada əldə edilən elmi-texniki nailiyyətlərdən söhbət açılmışdır. Monoqrafiya humanitar və texniki elmlər sahəsinin mütəxəssisləri, eləcə də Azərbaycanın iqtisadi həyatının tarixi və sosioloji aspektləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzər-də tutulmuşdur.