Hurufism Research Papers - Academia.edu (original) (raw)

İBNÜL-ƏRƏBİNİN HƏRF ELMİ VƏ HÜRUFİLİK TƏLİMİ // Şərq və Qərb: Ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr, Bakı, Prof. Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbnül-Ərəbi Simpozyumunun materialları (9-11 oktyabr,... more

İBNÜL-ƏRƏBİNİN HƏRF ELMİ VƏ HÜRUFİLİK TƏLİMİ // Şərq və Qərb: Ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr, Bakı, Prof. Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbnül-Ərəbi Simpozyumunun materialları (9-11 oktyabr, 2009-Bakı), Bakı, 2010, s. 291-316. Giriş Mürəkkəb və özünəməxsus fəlsəfi düşüncəsi yüzilliklərdən bəri Şərq və Qərb mütəfəkkir və araşdırıcılarının diqqət mərkəzində duran bənzərsiz zəka sahibi Mühyiddin İbnül-Ərəbinin (XII) İslami Şərq ədəbiyyatı və fəlsəfi fikir sistemlərinə çoxyönlü təsiri olmuşdur. Çeşidli təriqətlər və ədəbi-fəlsəfi əsərlərdə bu böyük mütəfəkkirin təsiri daha çox vəhdəti-vücud konsepsiyası və insani-kamil ideyasının ifadəsi olaraq üzə çıxır. İslami-fəlsəfi düşüncə tarixində xüsusi mövqeyi olan hürufilik təlimində isə bu görüşlərlə yanaşı, onun hərf, söz və say haqqındakı mülahizələrindən də açıq şəkildə bəhrələnmə müşahidə olunur. Hürufiliyin başlıca qaynaqları sırasında yer alan İbnül-Ərəbinin hərf elmi ("ilmi-hüruf") 1 , əsasən, onun son və böyük əsəri olan "Fütuhati-Məkkiyyə"sinin ikinci və iyirmi altıncı fəsilləri, eləcə də hərflərə dair müstəqil risalələrində ("Təvəccühatül-hüruf" (Çakmaklıoğlu, 2005: 217), "İstihracü hüruf" (Ünver, 2003: 34), "Kitabü əsraril-hüruf", "Kitabül-əlif", "Kitabül-ba", "Kitabül-mim vəl-vav vən-nun", "Kitabül-ya", 1 Hərflərə mistik, dini və fəlsəfi anlamlar yükləyən təlimi bu gün biz daha çox "mistisizm", "simvolizm" və s. kimi terminlər altında öyrənsək də, İbn Ərəbi və Fəzlullah öz təlimlərini "elm" adlandırmışlar. İbn Ərəbi bu məqsədlə "hərf elmi", "say elmi" və s., Fəzlullah bəzən sadəcə "elm", bəzənsə "elmi-hüruf" kəlmələrindən istifadə etmişlər.