Əks istiqamətə çıxan sürücü zəncirvari qəzaya səbəb oldu; yaralı var - VİDEO - Avtosfer.az (original) (raw)

Yolun əks istiqaməti ilə hərəkət edib zəncirvari qəzaya səbəb olan sürücünün görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Hindistanda baş verən hadisənin videosu sosial şəbəkələrdə paylaşılıb. Kadrlarda minik avtomobilinin yolun əks istiqamətində hərəkətdə olduğu və qarşıdan gələn bir neçə motosikletçinin qəzadan yayındığı görülür. Lakin sonda gələn motosikletçi qəzadan xilas ola bilmir və toqquşma baş verir.

Zərbənin təsirindən motosiklet eyni istiqamətdə hərəkətdə olan digər bir neçə nəqliyyat vasitəsinə çırpılır.

Yerli medianın məlumatına görə, qəza nəticəsində bir qadın ağır xəsarətlər alıb.

Sözügedən qəzanın videosunu təqdim edirik:

Namiq Musayev